Dünya Bankının məlumat bazası

 Dünya Bankının məlumat bazası

Dünya Bankı (https://www.worldbank.org/en/home) dünya ölkələrinə aid bir çox statistik, o cümlədən makro və mikro iqtisadi məlumatlar bazasını tədqiqatçılara və istifadəçilərə təqdim edir. Məlumat bazasına daxil olmaq üçün https://data.worldbank.org/ keçidə daxil olub, axtarış bölməsində zəruri informasiyaları ingilis dilində daxil etməklə əldə etmək olar. Məlumat bazasında verilmiş məlumatları həm excel fayl şəklində, həm də vizuallaşdırılmış şəkildə səhifədə təqdim edilir.

Ölkələr üzrə müxtəlif araşdırma mövzusunda aparılan təhlillərdə və müqayisələrdə Dünya Bankının təqdim etdiyi məlumatlara əsasən istinad edilir. Bu məlumat bazası, bazasında mövcud olan məlumatlar əsasında müxtəlif inkişaf göstəriciləri və dəyişənləri əsasında ölkələrarası müqayisələrin və təhlillərin aparılmasına imkan verir. Məlumat bazasının digər bir üstünlüyü ondan ibarətdir ki, təqdim olunan məlumatlar uzun  zaman ardıcıllığı ilə təqdim edilir.

Dünya Bankının məlumat bazasından istifadə təlimatı ilə tanış olmaq üçün keçidə daxil olun.