2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Damlarda PV sistemlərinin quraşdırılması üçün yeni hərəkət yolu
İspaniya mənşəli quraşdırma sistemlərinin təchizatçısı Alusín Solar şirkəti damlarda günəş panelləri quraşdırıcılarının sərbəst hərəkətini təmin edəcək həll yolu işləyib hazırlamışdır. Yaxın günlərdə şirkət Carex adlanan bu məhsulun istehsal xəttini də işə salmağı planlaşdırır.
İspaniya mənşəli quraşdırma sistemlərinin təchizatçısı Alusín Solar, damda PV quraşdırıcılarının hərəkətinin təmin olunması üçün yeni gediş yolunun istehsal xəttini işə salmışdır.
Carex adlandırılan bu həll yolu, nəinki dam seqmetində çalışan bütün PV quraşdırıcılar üçün uyğun olması, hətta damlarında sənaye tipli avadanlıq quraşdıran şirkətlər üçün də uyğun olması hesab olunur.
Alusín Solardan bildirilən məlumata görə Carex, yerimək üçün nəzərdə tutulmayan dam örtüyündə insanların hərəkət edə bilmələri üçün peşəkar həll yolu kimi qəbul edilir. Buna əlavə olaraq, şirkətdən bildirmişlər ki, bazarda mövcud olan cari həllər bəsit və əldə qayırmadır. Carex-in bazara daxil olması ilə biz insanların damda təhlükəsiz hərəkət edə bilmə və damların özlərinin təhlükəsizliyi baxımdan bazarda mövcud ehtiyaca cavab vermiş oluruq.
Məhsulun kommersiyalaşdırılmasına 1 sentyabr tarixindən başlanılır. İstehalçı, İspaniyada şimali Asturas regionunda Avilesdə öz istehsalat qurğularına istehsal xəttini istehsal etmək üçün 500,000 Avro məbləğindən çox sərmayə qoyub. Avadanlığın iyun ayının sonuna kimi quraşdırılacağına və iyul ayının ortalarına kimi tam gücdə tamamlanacağı gözlənilir. Şirkət istehsal xəttini istimar etmək üçün yeni işçilər də işə cəlb edəcəkdir.
Hal-hazırda, Alustin Solar şirkətində 32 işçi çalışır. Məhsul, Çilidə işlənib hazırlanmışdır ki, burada damda günəş panellərinin quraşdırılması üçün texniki xidmət koridorlarının quraşdırılması məcburidir. Bu məhsul 2021-ci ilə kimi mövcud olmayıb, məhz bu ildə biz onu reallığa çevirə bildik. Bu barədə Alusín Solar şirkətinin icraçı direktoru Javier Font bildirib.
Məlumat www.pv-magazine.com xəbər mənbəyinə əsasən təqdim edilir.