Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilib

 Dənizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Hava şəraitinin dəyişməsi ilə əlaqədar SOCAR-ın dənizdə fəaliyyət göstərən neft və qazçıxarma idarələrinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Açıq səthlərdə aparılan işlər dayandırılır, növbətçilik təşkil olunur.

Xatırladaq ki, öncə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, iyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.

Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.