SOCAR-ın 2026-cı ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri
“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR
“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 24 ” “ aprel ” 2026-cı il
№ 115
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 24 ” aprel tarixli
115 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik
sistemlərinin quraşdırılmasına icazə verilən hallar
1. Çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda.
2. Çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə
tutulmadıqda.
3. Çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada
bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.
_________________