2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Çox turbinli külək qurğusu istifadəyə veriləcək
Çoxlu sayda 1 MVt-lıq turbinlərdən istifadə etməklə yeni külək sistemi Norveç şirkəti tərəfindən istismara hazırlıq vəziyyətinə gətirilir. Məlumata görə bu üzən külək texnologiyasından istehsal olunan elektrik enerjisinin sabit xərcləri aşağıdır.
Bir Külək Sistemlərini işləyib hazırlayan Ferd və North Energy şirkətləri, qurğunu kommersiyalaşdırmaq üçün əsas podratçı kimi Aibel şirkəti ilə əməkdaşlığa daxil olub. Qurğunun işlənməsi prosesinə eləcə də Enerji Texnologiyaları üzrə İnstitut da cəlb olunub.
Qurğunu işləyib hazırlayan mütəxəssislərin fikrinə görə texnologiyanın 50 il layihələndirilmiş istismar dövrü olacaqdır ki, bu da torpaq sahəsindən istifadəni 80% -dək aşağı sala biləcək, ənənəvi üzən külək fermaları ilə müqayisədə əhəmiyyətli dərəcədə səmərəliliyi artıracaqdır və texniki xidmət götərmək üçün bugünkü üzən külək qurğularına nəzərən az xərci olacaqdır.
Bir Külək Aqreqatı 80000 ailəyə kifayət edəcək qədər enerji istehsal edə bilər. Bu qurğu eləcə də təkrar emal və turbinin kürəklərinin yenidən istifadə olunması, dəniz resursları və quraşdırma və texniki xidmətin göstərilməsindən CO2 tullantıları ilə əlaqədar dayanıqlılıq məsələllərini də eləcə də həll edəcəkdir.
Bir külək qurğusu dənizdə külək qurğuları arasında ən tezi 2022-2023-cü illər arasında rəqabətə çevriləcəkdir ki, bu da ənənəvi üzən külək fermaları arasında ən azı 10 il öz rəqbətliliyini saxlaya biləcəkdir. Bu sözləri Bir Külək Aqreqatı Sistemlərinin icraçı direktoru Ole Heggheim sözləmişdir.
Texnologiyanı işləyib hazılayanlar və onun tərəfdaşları qurğunun texniki sınağını və yoxlanmasını bu ildə tamamlamağı və bu həll yolunu kommersiya baxımdan təklif etməyi 2022-ci ildə təklif eməyi planlayırlar.
Bu texnologiya ilə suda quraşdırılan külək operatorları və iştehsalçıları arzu etdikləri istehsal xərclərinin səviyyəsinə nail olacaqlar ki, onlar əvvəllər bu səviyyəyə 2030-2050-ci illərdə nail olmağı düşürdülər. Bu barədə North Energy şirkətində sərmayə direktoru Rachid Bendriss söyləmişdir.
Məlumat https://www.offshorewind.biz/ xəbər portalına istinadən təqdim edilir.