2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Çıraq platformasında hasilat işləri bərpa olunub
Çıraq platformasında 2021-ci il sentyabr ayının 23-də başlamış 25-günlük profilaktik işlər proqramı planlaşdırıldığından 2 gün əvvəl, yəni oktyabr ayının 16-da uğurla başa çatmışdır. Proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş və platformanın hasilat və ixrac sistemləri işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi. Proqramın iş həcminin əsas hissəsini həmçinin Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi.
Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.