2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Ceyhan neft terminalından 3.69 milyard barrelə yaxın neft yola salınıb
Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,69 mlrd. barelə yaxın neft yola salınıb.
BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
Məlumata görə, hesabat dövründə terminaldan 4 810 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (avqustun 2-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 115 811,354 min barel neft 160 tankera yüklənilərək göndərilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.