CDC şirkətinin 25 illik yubileyi qeyd olunub

 CDC şirkətinin 25 illik yubileyi qeyd olunub

Sentyabrın 6-da SOCAR-ın birgə müəssisəsi olan “Caspian Drilling Company”-nin (CDC) 25 illik yubileyi qeyd edilmişdir. Tədbirdə SOCAR-ın rəhbər heyəti və tərəfdaş şirkətlərinin nümayəndələri iştirak etmişlər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə və CDC şirkətinin baş direktoru Fərid Axundov qonaqlar qarşısında çıxış etmişlər.

Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarətin həyata keçirilməsi və texniki xidmətlərin göstərilməsi, eyni zamanda dənizdə neft-qaz quyularının qazılması və təmiri üzrə ixtisaslaşmış CDC şirkəti yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçmişdir. Ötən 25 ildə “Caspian Drilling Company” Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən 16 dəniz layihəsində kəşfiyyat və sualtı qazma işlərini müvəffəqiyyətlə icra etmişdir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının kəşf olunmasında CDC-nin kəşfiyyat-qazma əməliyyatları mühüm rol oynamışdır.