Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb

 Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb

Cari ilin 6 ayı ərzində ölkədə 20,3 milyard kub metr qaz hasil edilib. Qazın 6,4 milyard kub metri AÇG-dən, 10 milyard kub metri “Şahdəniz”dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kub metr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə  təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.