“Cənub” ES əsaslı təmir edilib

 “Cənub” ES əsaslı təmir edilib

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “AzərEnerji” tərəfindən əsaslı təmirə çıxarılıb. Qeyd edək ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınıb. Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları  əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur.

“Cənub” Elektrik Stansiyasında aparılan əsaslı təmir işləri əsas etibarı ilə “AzərEnerji”nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.