Bugün XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işinə başlayıb

 Bugün XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işinə başlayıb

Bu gün XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işinə başlayıb. Tədbirə qatılan energetika naziri Pərviz Şahbazov sammit iştirakçılarını salamlayıb və dəvətə görə təşəkkür edib.  Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin  “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin dünyada ədalətin, inkişafın və həmrəyliyin təşviqinə yönəlmiş səmərəli fəaliyyətini hər zaman   yüksək qiymətləndirdiyini vurğulayan nazir dövlət başçısının Zirvə Toplantısının iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

https://president.az/articles/52394