2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Bu il neftlə yüklənmiş 137 tanker Ceyhan terminalından yola salınıb
Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,67 mlrd. bareldən çox neft yola salınıb.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
Məlumata görə, hesabat dövründə terminaldan 4 796 tanker AÇG nefti ilə yüklənilib. Bu il (iyulun 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 99 095,833 min barel neft 137 tankera yüklənilərək göndərilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
Məlumat www.apa.az istinadən təqdim edilir.