SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb
bp-yə yeni regional prezident təyin olundu

Ciovanni Kristofoli (Giovanni Cristofoli) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub. Ciovanni Kristofoli bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
Hazırda isə Ciovanni Kristofoli bp-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında bp texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.
Ciovanni Kristofoli bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qəri Counzu əvəz edəcək. Qərinin bundan sonrakı vəzifəsi ilə bağlı məlumat sonra veriləcək.
bp-nin baş icraçı direktoru Marri Okinkloss bildirib ki, Ciovanni Kristofoli qlobal enerji sənayesində böyük təcrübəyə malik mütəxəssis və rəhbərdir. O, bu vəzifəyə strateji baxış, əməliyyatlarda mükəmməllik, transformasiya, artım və irəliləyiş sahələrində təsdiqlənmiş zəngin təcrübə ilə gəlir. bp-nin yeni regional prezidenti kimi Cio buradakı uğurlu tərəfdaşlıqlarımızı davam etdirəcək və dünya səviyyəli layihələrin və əməliyyatların qürur duyduğumuz tarixini irəli aparacaq.
Fürsətdən istifadə edərək o, həmçinin Qəri Counsa bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və göstərdiyi dönməzliyə görə öz səmimi təşəkkürünü bildirib. QEyd edib ki, Qəri Couns son səkkiz ildə regiondakı biznesimizi fərqləndirici bir qətiyyətlə idarə edib, hökumət, SOCAR və tərəfdaşlarımızla möhkəm əməkdaşlıqda bir sıra uğurlara və mühüm irəliləyişlərə nail olub. Xüsusilə, bu ayın əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində elan edilən beş yeni layihə bp-nin bu uğurlu birgə səylərə davamlı və get-gedə artan sadiqliyinin və regiondakı uzunmüddətli və seçilən tərəfdaşlığının daha bir nümunəsidir.