2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
BP və tərəfdaşları rəqəmsal texnologiyalar üzrə mütəxəssislərin hazırlanmasına dəstəyini davam etdirir
bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsini uğurla tamamlayıblar.
Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilmişdir ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Bu iştirakçılardan 150 nəfərinin təlimi bp və onun tərəfdaşları və ABB tərəfindən birgə maliyyələşdirilib.
Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və s. kimi müxtəlif universitetləri təmsil edən iştirakçıları əhatə etməklə ümumilikdə doqquz qrup təklif olunmuşdur.
ABB-nin təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.
İyulun 22-də layihənin uğurla tamamlanmasını qeyd etmək və ölkədəki texnologiya mütəxəssisləri icmasına qoşulan bütün məzunlara uğurlar arzulamaq məqsədilə tədbir keçirilib.
ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education» tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb.
bp və tərəfdaşlarının iştirak etdiyi layihənin ümumi dəyəri 400 000 AZN (235 300 ABŞ dolları) təşkil edir.