bp və ADA Universiteti mühüm bir sosial layihəni uğurla başa çatdırdı

 bp və ADA Universiteti mühüm bir sosial layihəni uğurla başa çatdırdı

Bu gün bp ADA Universiteti və ADA Universiteti Fondu ilə birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsün uğurla tamamlandığını elan edib. Bu münasibətlə 13 dekabr tarixində ADA Universitetinin Qazax Mərkəzində tədbir keçirilib.

Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını almağa komək edəcək.

Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi üzrə geniş təlim proqramı hazırlanmışdır. Ümümilikdə 40 saatdan ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60 müəllim qatılıb.

Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə aparılmış və hər qrupun dərsləri həftə sonları həm əyani, həm də onlayn rejimdə keçirilməklə iki ay davam etmişdir.

Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də yaradılmışdır. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.