Bu ilin 6 ayında 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib
“bp” şirkəti ilə dənizdə külək enerjisi təcrübəsi ilə bağlı seminar keçirilib

Azərbaycan Respublikası Energetika Nazirliyi və “bp” şirkətinin birgə #təşkilatçılığı ilə “#Dəniz küləyindən enerji” mövzusunda onlayn formatda seminar keçirilib.
Seminarda “bp” şirkətinin mütəxəssisləri dənizdə külək enerjisi ilə bağlı #təqdimat nümayiş etdiriblər. #Bərpaolunanenerji mənbələrindən biri olan dənizdə külək enerjisinin #Azərbaycanda, xüsusilə #Abşeron yarımadasının şimal hissəsində yüksək potensialının mövcudluğu və bunun regional bazarda ölkəmiz üçün böyük imkanlar yaradacağı vurğulanıb.
Ardınca bu potensialın inkişaf etdirilməsi üçün görüləcək işlərdən, gələcək layihələrdən, o cümlədən Energetika Nazirliyi ilə “bp” şirkətinin bu sahədə gələcək #əməkdaşlığından danışılıb.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb və maraqlı təkliflər dinlənilib.