2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp-nin yüksək səviyyəli nümayəndə heyəti Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə qatılıb
bp-nin idarə heyətinin sədri Helge Lund və hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel bp-nin sabiq icraçı direktoru Mədinqli lordu cənab Braunla birlikdə Azərbaycana işgüzar səfərə gəlib. Səfər zamanı nümayəndə heyəti Prezident İlham Əliyevlə də görüşüb. Görüş zamanı bp nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun 100 illik yubileyinin əhəmiyyətini, həmçinin ulu öndərin Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna xidmətlərini vurğulayıblar. Onlar həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha təsdiqləyiblər.
Səfər proqramına çərçivəsində bp nümayəndə heyəti SOCAR rəhbərliyi ilə də görüş keçirib. Görüşdən sonra Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələri ilə birgə tərəflər arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” (Sunrise) layihəsinə daxil olmaq niyyətini əks etdirir.