bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda işgüzar səfərdədir

 bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda işgüzar səfərdədir

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir. Bu, cənab Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir.

Qordonun səfər proqramında  bp-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti  və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində cənab Birrel həmçinin bu gün SOCAR-ın  ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.