2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp-nin Dünya Enerjisinin Statistik Qiymətləndirmə Hesabatı nəşr olunub (bp Stats Review)
Bu ilin nəşrində toplanılan məlumatlara 2020-ci il üzrə enerji göstəriciləri daxildir ki, bu il də, dünyada rast gəlinən ən təlatümlü il olmuşdur. Bu ilin qiymətləndirməsi, qlobal pandemiyanın qlobal bazarlara dramatik təsirlərini və “COVİD ili” nin gələcək qlobal trendləri necə formalaşdırmağa kömək etməsini göstərir. Həm ilkin enerji sərfi, həm də enerji istifadəsindən karbon emissiyaları, İkinci Dünya Müharibəsindən etibarən ən böyük sürətlə aşağı düşdüyü halda, bərpa olunan enerji öz trayektoriyasında güclü artımı ilə davam etmişdir ki, burada külək və günəş enerjisində ən böyük illik artım qeydə alınmışdır.
Əsas məqamlar aşağıdakılardır:
- 2020-ci ildə ilkin enerji sərfi 4.5% aşağı düşüb -1945-ci ildən etibarən ən böyük illik azalma;
- Bu düşmə əsasən neft ilə əlaqədar olmuşdur ki, təmiz azalmanın 75% hissəsini təşkil etmişdir.
- Təbii qazın qiymətləri çox illik dövrün aşağı səviyyəsinə qədər aşağı düşmüşdür; belə ki, qazın ilkin enerjidə payı artmaqda davam edərək öz record pilləsinə -24.7% həcminə çatmışdır.
- Ümumi enerji tələbatında düşmə qeydə alınmasına baxmayaraq, külək, günəş və su elektrik istehsalı 2020-ci ildə 238 QVt –a qədər artıb – bu da indiyə kimi tarixdə hər hansı bir dövrdə qeydə alınandan həcmdən 50% çoxdur.
- Ölkələr üzrə karbon emmisiyaları, ABŞ, Hindistan və Rusiyada enerji sərfində ən böyük həcmdə azalma qeydə alınmışdır. Çində isə ən böyük artım (2.1%) müşahidə edilmişdir ki, burada ötən il enerji tələbatı artıb.
- 1945-ci ildən etibarən enerji istifadəsində ən böyük azalma 2020-ci ildə 6%-dən çox olub.
Hesabat ilə ətraflı tanış olmaq üçün keçidə daxil olun.