2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda işgüzar səfərə gəlib
bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.
Səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə etmişdir.
Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlamışdır.
Cənab Luni bu gün həmçinin SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə də görüşmüşdür.
Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı bütün işçi heyəti ilə onlayn görüş keçirməyi planlaşdırır.
Sabah isə cənab Luni Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modullarının istehsal-quraşdırma işlərinin aparıldığı tikinti sahəsinə baş çəkəcək. ACE layihəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Hazırda layihənin icrası üzrə işlər ümumilikdə 60% tamamlanıb və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub. ACE-dən ilk hasilatın 2023-cü ildə əldə edilməsi planlaşdırılır.