BP dayazsulu Abşeronda ikinci quyunun qazılacağı vaxtı açıqlayıb

 BP dayazsulu Abşeronda ikinci quyunun qazılacağı vaxtı açıqlayıb

Abşeron yarımadası ətrafında dayazsulu sahəsində (AYDS/SWAP) ikinci kəşfiyyat quyusunun (BHEX01) qazılmasına 2021-ci ilin IV rübündə başlanılması planlaşdırılır.

Bu barədə BP şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi ictimaiyyətə təqdim etdiyi AYDS-in kəşfiyyat-qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsində qeyd olunur.

Məlumat www.apa.az istinadən təqdim edilir.