BP Azərbaycanda 78.5 Milyard dollar sərmayə yatırıb

 BP Azərbaycanda 78.5 Milyard  dollar sərmayə yatırıb

Azərbycanda 28 illik fəaliyyəti olan bp şirkəti  neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir.  Bu vaxtadək, bp öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard dollardan artıq sərmayə yatırıb.

2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon ABŞ dolları vəsait xərcləyib. Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Qeyd edək ki, Azərbaycanda bp şirkətində 2400 nəfərdən çox milli kadr  işləyir və bu da, şirkətin ixtisaslı işçilərinin 90 faizini təşkil edir.