BP Azərbaycan peşəkar təlimlərdə iştiraka seçim elan edir

 BP Azərbaycan peşəkar təlimlərdə iştiraka seçim elan edir

bp Azərbaycan Cənubi Qafqaz Boru Kəməri layihəsi üzrə tərəfdaşların iştirakı ilə yeni təhsil layihəsinə başlamışdır.  Layihə çərçivəsində “IBM Cybersecurity Analyst Professional Certificate” və “Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramları çərçivəsində 150 nəfər üçün təlimlərin təşkili nəzərdə tutulur.

İştirakçıların seçim prosesi 2 mərhələdə aparılacaqdır. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək  növbəti keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər https://tinyurl.com/57j5fafb (qeyd: Google hesabı açılmalıdır).