2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
bp 2023-cü ilin I rübündə sosial layihələrə 0.7 milyon dollardan artıq vəsait xərcləyib
bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2023-cü ilin birinci rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 0,7 milyon dollardan artıq vəsait xərcləmişlər. Rüb ərzində bu layihələrə 7 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil olub.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə rüb ərzində təxminən 0,1 milyon dollar vəsait xərcləyib. Bu layihələr təhsilə (5 layihə), bacarıqların yaradılmasına və sahibkarlığın inkişafına (1 layihə), ətraf mühitin qorunmasına (1 layihə) və mədəni irsin və milli idmanın inkişafına (1 layihə) dəstək məqsədi daşıyan təşəbbüslər olub. Həmçinin, rüb ərzində bp ümumilikdə 4 konfrans, sərgi, forum və simpoziuma sponsorluq edib.