BMT-nin Məlumat Bazası

 BMT-nin Məlumat Bazası

Birləşmiş Millətlər Təşkilatı, müxtəlif beynəlxalq təşkilatların məlumatları əsasında təşkil olunan dünya ölkələr üzrə bir sıra göstəricilər və statistik məlumatlardan ibarət məlumat bazasını istifadəçiləri üçün açıq saxlayır http://data.un.org/ . Məlumat bazasına daxil olunan məlumatlarla tanış olmaq üçün  növbəti keçidə daxil olun  http://data.un.org/Explorer.aspx. Müxtəlif mənbələrə, o cümlədən  Dünya Bankı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Telekommunikasiya Birliyi, BMT-nin Uşaq Fondu, Dünya Səhiyyə Təşkilatı, Dünya Turizm  Təşkilatı, Dünya Meteorologiya Təşkilatı, BMT-nin Sənayenin İnkişaf Təşkilatı və digər beynəlxalq təşkilatların məlumatlarına əsaslanan dünya ölkələrinə aid demoqrafik, iqtisadi, sosial, ekoloji, beynəlxalq maliyyə, enerji göstəriciləri və s. bir mənbədə inteqrə ediilmişdir.   Bu məlumat bazasından əldə olunan statistik məlumatlar və göstəricilər,  müxtəlif müqayisəli və analitik təhlillər aparmağa imkan verir.