Binaların Enerji Pasportuna dair Tələblər

 Binaların Enerji Pasportuna dair Tələblər

12. Binanın enerji pasportu
12.1. Yaşayış və ictimai binaların enerji pasportu binanın enerji, istilik texnikası və həndəsi xarakteristikalarının bu Normalarla təyin edilmiş göstəricilərə uyğunluğunu təsdiq edən sənəddir.
12.2. Enerji pasportu yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və ictimai binaların layihələrinin işlənib hazırlanması, binaların istismara qəbulu, eləcə də tikilmiş binaların istismarı prosesində doldurulmalıdır. Bloklaşdırılmış binalarda ayrıca istifadə üçün nəzərdə tutulmuş mənzillərin enerji pasportları ümumi istilik təchizatı sistemli bloklaşdırılmış binalar üçün bütövlükdə binanın ümumi enerji pasportuna əsaslanaraq işlənilə bilər. Daxili havanın temperaturu +12°C – dən aşağı olan istehsalat təyinatlı binalar üçün enerji
pasportu tərtib olunmur, bu halda qoruyucu konstruksiyaların normativ tələblərə uyğunluğunun
hesabatı aparılır.
12.3. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin faydalı sahəsi mənzillərin sahəsinin 20%-dən çox olan yaşayış binalarının layihəsinin enerji pasportu binanın yaşayış və qeyri-yaşayış sahələri üçün ayrılıqda tərtib edilir. Daxilində və ya bitişik qeyri-yaşayış yerləşgələrinin sahəsi bu göstəricidən az olan yaşayış binalarının layihəsinin vahid enerji pasportu hazırlanır.
12.4. Binanın layihəsinin enerji pasportu layihənin “Enerji effektivliyi” bölməsinin tərkibində layihəçi tərəfindən tərtib edilir.
12.5. Binanın layihələndirmə tapşırığında enerji effektivliyi sinfi cədvəl 3-dəki təsnifata uyğun olaraq “C” – dən aşağı təyin olunmamalıdır.
12.6. Binanın enerji pasportu mənzil kirayəçiləri və mənzil sahiblərinə, eləcə də binanın mülkiyyətçilərinə göstərilən kommunal xidmətlərə görə hesablaşmalar üçün nəzərdə tutulmamışdır.
12.7. Binanın enerji pasportu aşağıdakı kimi doldurulur:
a) layihənin işlənib hazırlanması mərhələsində və konkret meydançanın şəraitinə uyğunlaşdırılması mərhələsində-layihəçi tərəfindən;
b) tikinti obyektinin istismara verilməsi mərhələsində – binanın tikintisi zamanı ilkin layihədən yol verilmiş kənarlaşmaların təhlili əsasında layihəçi tərəfindən. Bu halda aşağıdakılar nəzərə alınır:
– texniki sənədlərin məlumatları (qəbul komissiyasına təqdim olunan icra cizgiləri, gizli işlərin aktları, pasportlar, arayışlar və sairə)
– layihədə edilmiş dəyişikliklər və tikinti dövründə layihədən razılaşdırılmış kənarlaşmalar;
– obyektin və mühəndis sistemlərinin istilik texnikası xarakteristikalarına riayət olunmasının
texniki və müəllif nəzarəti tərəfindən cari və məqsədli yoxlamalarının nəticələri;
Zərurət olduqda (layihədən razılaşdırılmamış kənarlaşmalar, tələb olunan texniki sənədlərin olmaması, zədə və s) sifarişçi və tikitiyə dövlət nəzarəti müfəttişliyi qoruyucu konstruksiyaların sınaqlarının keçirilməsini tələb edə bilər;
c) tikinti obyektinin istismarı mərhələsində -seçmə üsulu ilə və binanın istismarından bir il sonra.

BİNALARIN İSTİLİK MÜHAFİZƏSİ. LAYİHƏLƏNDİRMƏ NORMALARININ  yeni nəşri əlavə olunur.