“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

 “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq
edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust
tarixli 1433 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
2. “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına
qənaət edilməsi üzrə Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 306 (Cild I) ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi
və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
4. Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 9 ” “ iyul ” 2026-cı il
№ 205