2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işləri aparılır
Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin, WSP təşkilatının, Asian Development Bank Partnerships (Asiya İnkişaf Bankı), 亚洲基础设施投资银行 Asian Infrastructure Investment Bank (Asiya İnfrastruktur İnvestisiya Bankı), European Bank for Reconstruction and Development (EBRD) (Avropa Yenidənqurma və İnkişaf Bankı), SOCAR -ın mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı görüş keçirilib.
Görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının müavinləri, WSP şirkətinin nümayəndələri Arzu Uraz Yavas, Alice Hobson, Sarah Trevarthen, Asiya İnkişaf Bankının nümayəndəsi Olga Skotareva, Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndəsi Ercan Özbulut, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Carlo Gambare, SOCAR-ın nümayəndəsi Ayşən Əzizova və “Masdar” şirkətinin nümayəndələri Yaşar Qocayev, Cosmin Briciu və Elnar Mehtizadə tərəfindən tikintiyə hazırlıq işlərinin ilkin faktiki vəziyyəti qiymətləndirilib, gələcəkdə bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyasını və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşa ediləcəyi barədə müqavilələr bağlanmış və Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Müqaviləyə əsasən Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1454,0 hektar torpaq sahəsində gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi qərara alınıb.