2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Beynəlxalq Enerji Forumunun baş katibi Energetika Nazirliyində olub
“Bakı Enerji Həftəsi” tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Enerji Forumunun baş katibi Josep McMonigle ilə Energetika Nazirliyində görüş keçirilib.
Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda liberal enerji bazarının formalaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və enerji keçidi prosesi haqqında danışaraq, “yaşıl” enerjidən istifadənin genişləndirilməsi sahəsində görülən işlər, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialından istifadə istiqamətində qəbul edilmiş strateji hədəflər və atılmış addımlar haqqında məlumat verib. Hazırda enerji sahəsində baş verən dəyişikliklərin həm ölkələr arasında, həm də ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlığı tələb etdiyi vurğulanıb.
“Bakı Enerji Həftəsi”ni dünyada enerji sektorunda çətinliklərin yaşandığı belə bir vaxtda maraqlı tərəfləri bir araya toplayan beynəlxalq platforma kimi qiymətləndirən Baş katib Josep McMonigle dəvətə görə təşəkkür edib. Təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri və digər beynəlxalq qurumlardan fərqləri haqqında danışıb.
Görüş zamanı Azərbaycanın təşkilata üzvlüyü məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.