Beynəlxalq Enerji Agentliyinin məlumatına görə OPEC+ 2022-ci ilin tələbatını ödəmək üçün hasilatı artırmalı olacaq

 Beynəlxalq Enerji Agentliyinin məlumatına görə OPEC+ 2022-ci ilin tələbatını ödəmək üçün hasilatı artırmalı olacaq

Gələn ilin sonunda dünyada neftə olan tələbat, pandemiyadan qabaqkı səviyyəsinə qayıdacağı üçün OPEC+dan daha çox neft hasil etmək zəruriyyəti yaranacaqdır. Bu barədə Beynəlxalq Enerji Agentliyi  (BEA) cümə günü açıqladığı məlumatda deyilir. Bu da onların bir neçə həftə qabaq karbon emissiyalarını azaltmaq üçün uzun müddətli neft hasilatının aşağı salınmalı olması bəyanatına ziddiyyət təşkil edir.

“OPEC + dünyada neft bazarlarında kifayət qədər təchizatı təmin etmək üçün hasilatı artırmaq zəruriyyətində qalacaq” Parisdən olan enerji müşahidəçi belə söyləmiş və əlavə etmişdir ki, bu da artmaqda olan tələbat və ölkələrin qısa müddətli siyasətləri,  BEA-nin yeni neft, qaz və kömür layihələrini maliyyələşdirməyə son qoymağı çağırışına qəribəlik gətirir.

 “2022-ci ildə  Sədui Ərəbistan və Rusiyanın rəhbərlik etdiyi OPEC + qrupuna daxil olan 24 üzv ölkə üçün xam neft hasilatının həcmini  gündəlik 1.4 milyon barrel  səviyyəsinə qədər artırır ki,  bu da özünün iyul 2021-ci il –mart 2022-ci il hədəflərindən yüksəkdir”. Bu barədə onların aylıq neft hesabatarında bildirilir.

Neftin qiymətləri hər barreli üçün təxminən 73 ABŞ dollarına ticarət olunur ki, bu onun son iki illik qiymətindən yüksək olub neftə olan tələbatın bərpa olunacağına optimizim nümayiş etdirir.

OPEC +, may ayından iyul ayına kimi hasilatın azaldılmasını tədricən yumşaltmağa hələ aprel ayında razılığa gəlmişdir və  bu qərarı iyun ayının 1-də keçirilən görüş təsdiq etmişdir.

Bərpa olunan tələbatın ödənilməsi çətin ki problem olsun, bu barədə BEA –dən söylənilmişdir. İyul ayından sonra OPEC +ölkələrində  gündəlik 6.9 milyon barrel effektiv ehtiyat gücünün hələ də olması proqnoz olunur və eyni zamanda İranın dünya gücləri ilə danışıqlar aparması, onun neft təchizatının ABŞ sanksiyalarından azad edə bilər.

“Əgər İranın neft təchizatı üzərində sanksiyalar  qaldırılarsa,  əlavə olaraq gündəlik 1.4 milyon barrel neft nisbətən qısa zamanda bazara çıxarıla bilər”.

Xatırladıq ki, BEA mayın 18-də nəşr etdiyi “2050-ci ilə kimi sıfır emisiya” başlığı altında hesabatı enerji sənayesini şok təsiri yaratmışdır və bu hesabatda sərmayədarlara çağırış edilmişdir ki, əsrin ortalarına kimi qalxmaqda olan hərarətə səbəb olan karbon emisiyaları ilə bağlı hədəflərə nail olmaq üçün yeni yanacaq layihələrini maliyyələşdirməsinlər.

Bu yol xəritəsində bildirilir ki, ölkələr üzrə əksər vədlər onların yaxın müdətə siyasətlərində və tədbirlərində hələ də əksini tapmamışdır, BE –dən cümə günü deyilmişdir.

“Neftə olan tələbatın artmaqda davam etməsi göstərir ki, qeyd edilmiş ambisiyalı hədəflərə nail olmaq üçün daha böyük səylərin göstərilməsini tələb edəcəkdir.”

Məlumat, www.reuters.com informasiya agentliyinə istinad olunur.