2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Beynəlxalq Enerji Agentliyi iki məlumat bazasına yeni xüsusiyyətlər əlavə edib
Beynəlxalq Enerji Agentliyi enerji səmərəliliyi indikatorları və Enerji İzləyiciləri üçün Hava Məlumatları üzrə məlumat bazalarını təkmilləşdirib.
Təmiz enerji sistemlərinə keçid, sistemlərin nə qədər səmərəli olması üzrə inkişaf dinamikasını izləmək üçün enerji sərfiyyatının strukturunun və mühitinin düzgün təhlilinin aparılmasını tələb edir. Bu ehtiyaca cavab vermək məqsədi üçün enerji səmərəlilik indikatorları üzrə məlumat bazasında yeniliklərin və təkmilləşdirmələr edilmişdir ki, buraya son istifadəçilər və yekun sərfiyyat sektorları üzrə məlumatlar və Enerji İzləyiciləri üçün Hava məlumatı alətində isə dünyanın bütün ölkələri üzrə faydalı dəyişənlər daxil edilmişdir.
Hər iki məlumat bazasında əhatə dairəsi genişləndirilmişdir. Belə ki, enerji İzləyicisi üçün hava məlumatı bazasına indi gündəlik olmaqla məlumatlar da daxil edilmişdir. Enerji səmərəlilik üzrə indikator üzrə məlumat bazasına isə 3 əlavə ölkə üzrə məlumatlar daxil edilmişdir ki, bununla da məlumat bazasında 44 ölkə üzrə məlumatlar təqdim edilmişdir.
İstifadə yönümlü etmək üçün hər iki məlumat bazasında yeni xususiyyətlər formalaşdırılıb. Enerji İzləyicləri üçün hava məlumat bazasında 6 ölkə üzrə alt milli səviyyədə yeni göstəricilər və Enerji səmərəlilik üzrə məlumat bazasına ölkələrin interaktiv müqayisəsi, sektorlar arası və sektorlar üzrə qrafiklər daxil edilmişdir.