Bazar İqtisadiyyatı inkişaf edən və inkişaf etməkdə olan ölkələrin Təmiz Enerjiyə Keçidin Maliyyələşdirilməsi

 Bazar İqtisadiyyatı inkişaf edən və inkişaf etməkdə olan ölkələrin Təmiz Enerjiyə Keçidin Maliyyələşdirilməsi

Beynəlxalq Enerji Agentliyinin  (www.iea.org), bu xüsusi hesabatı nəşr etməsində məqsədi,  bazar iqtisadiyyatı inkişaf edən və inkişaf etməkdə olan ölkələrin  təmiz enerjiyə keçidi dəstəkləmək üçün sərmayə səfərbər olunması və maliyyələşmə ilə bağlı çətinliklərdən bəhs etməkdən ibarətdir. Bu, demək olar ki, dünyada 50 real nümunə üzərindən vəziyyətin araşdırması – eləcə də yanacaq və emissiya intensiv olan sektorlar üzrə təmiz enerjiyə keçid, enerji səmərəliliyi və elektrikləşmə daxil olmaqla  -Braziliyadan İndoneziyaya və Seneqaldan Banqladeşə kimi olan ölkələrdə  müvəffəqiyyətli layihələr və təşəbüslərə əsaslanır.
Prioritetlər, bərpa olunan enerji və enerji səmərəliliyi kimi yetkin və erkən inkişaf mərkələsində olan texnologiyalara əsaslanaraq   bazar qabiliyyətli sektorların maliyyələşdirilməsinə verilir. Burada eləcə də yanacaq və karbon emissiyası intensiv olan sektorlarda maliyyələşdirmə seçimləri də təftiş olunur ki, bu da yeni texnologiyaların inteqrasiyası üzrə qərarların növbəti onilliyə qədər təxirə salınması üçün– yaxud potensial olaraq onilliklər üzrə karbon emissiyalarının qapadılması üçün  əsas ola bilər.  Biz, indi və 2030-cü illər arasında qəbul etməyə ehtiyacı olan fəaliyyətlərin üzərinə köklənirik  – bu müddət isə BMT –nin Dayanıqlı İnkişaf Hədəfləri və iqlim fəaliyyətlərinin həyata keçirilməsi  üzrə istisadi baxımdan bərpa olunmaq üçün əsas onillik hesab olunur.

Hesabatı yükləmək üçün keçidə daxil olun.