BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏYƏ HAZIRLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ

 BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏYƏ HAZIRLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA),  2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlığın qiymətləndirilməsi üzrə  hesabat hazırlayıb.

Hesabatda Azərbaycanda bərpa olunan enerji mənbələrinin mövcud vəziyyəti və inkişaf potensialı ilə yanaşı bərpa olunan enerji mənbələrinin inkişafı üçün energetika sektorunun ümumi vəziyyətinə,  mövcud qanunvericilik bazasına baxılmış  və işlənilməkdə olan qanunlar qeyd olunmuşdur.

Hesabatda bildirilir ki, Azərbaycan bərpa olunan enerjinin böyük inkişaf potensialına malik olan ölkədir. Ölkə əla külək və günəş resurslarına və biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malikdir. Bu potensialın reallaşdırılması məqsədilə hökumət artıq öz qarşısına 2020-ci ilə qədər bərpa olunan enerji mənbəyinə 420 MVt potensialın əlavə edilməsi vəzifəsini qoyub. Bu məqsədi əldə rəhbər tutaraq, ölkə mühəndislik, satınalma və tikinti müqavilələrindən istifadə etməklə layihələr həyata keçirməyə başlamışdır. Lakin, təcrübədə tətbiq səviyyəsi ölkədə mövcud olan resursların miqyası və uzunmüddətli hədəflərlə müqayisədə məhdud xarakter daşımışdır. Bərpa olunan enerji mənbələrinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa, digər çoxsaylı faydalar gətirə bilər. Bərpa olunan enerji mənbələri ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkədə texnoloji innovasiyalara imkanlar yaratmaqla və iqtisadi dəyərin və bununla bağlı ÜDM artımının təmin edilməsi üçün yeni sektorlar açmaqla yeni məşğulluq imkanlarının katalizatoru qismində çıxış edə bilər. Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpa olunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına gətirib çıxara bilər.

Hesabatla ətraflı tanış olmaq üçün keçidə daxil olun.