2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
BƏƏ Azərbaycanda “yaşıl” enerji sahəsində yeni investisiya layihələrində iştirakda maraqlıdır
Energetika naziri Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə görüşüb.
Görüşdə bu ilin mart ayında təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, “yaşıl” hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində Birləşmiş Ərəb Əmirlikləri və onun qlobal nüfuza malik “Masdar” şirkəti ilə tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Qaradağ Günəş Elektrik Stansiyasının iki ölkə arasında yeni əməkdaşlıq əlaqələrinə yol açdığı qeyd edilib. “Masdar”ın Azərbaycanda irihəcmli külək və günəş enerjisi üzrə investiya layihələrində iştirakda maraqlı olduğu bildirilib.
Söhbət zamanı “yaşıl” investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.