2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 569 milyon ton neft ixrac edilib
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”-dən 537 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 184 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.