Azəri-Çıraq-Günəşli neft yatağından 600 milyonuncu ton neft hasil edilib

 Azəri-Çıraq-Günəşli neft yatağından 600 milyonuncu ton neft hasil edilib

Chirag Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağından 600 milyonuncu ton neft hasil edilib.

bp şirkətinin operatoru olduğu AÇG layihəsinin icrası SOCAR, MOL, INPEX, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri tərəfindən həyata keçirilir.

Hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac boru kəmərləri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə nəql olunub.

Qeyd edək ki, 1994-cü il 20 sentyabr tarixində imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş əsasında AÇG-nin istismarına başlanılıb.