2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan və Macarıstan arasında Enerji üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib.
İşçi Qrupun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək, Bakıda keçirilmiş ikinci iclasdan ötən dövr ərzində enerji sahəsində əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb. Neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləmə kimi istiqamətlərdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib və müxtəlif səviyyələrdə keçirilmiş görüşlər barədə məlumat verib.
Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri Peter Bölkeny iki ölkə arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.
İclasda Avropa İttifaqı ilə imzalanmış Memorandum çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatına gələcək töhfəsi, Azərbaycan qazının ötürülməsi üçün Mərkəzi və Cənub-Şərqi Avropanın qaz infrastrukturunun inkişafı, təbii qaz təchizatı üzrə iki ölkənin enerji şirkətləri arasında əməkdaşlıq, tənzimləyici orqanlar arasında imzalanmış Memorandumun icrası, yaşıl enerji dəhlizi, Macarıstanın yaşıl enerji üzrə inkişaf planı və enerji səmərəliliyi sahəsində təcrübəsinə dair təqdimatlar edilib, çıxışlar dinlənilib.
Sonda Enerji üzrə İşçi Qrupun 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb