AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 129 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1171-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 129 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); 2024, № 1, maddə 116, № 4, maddə 471; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 oktyabr tarixli 469 nömrəli və 7 noyabr tarixli 477 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci və 3.5-ci bəndlərdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 1.2. 3.2-2-ci bənddə “150 kVt-dan” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); 2024, № 1, maddə 77, № 2, maddə 209, № 5 (II kitab), maddə 586) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 23-cü hissəsində “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1368 (Cild I); 2024, № 3, maddə 312, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası”nın 3.8-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilsin.
4. “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1970 (Cild I) ləğv edilsin.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ dekabr ” 2024-cü il
№ 556

6771605344ef4