2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan nefti 75.18 dollara satılır
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artmaqda davam edir. Ay ərzində WTI və BRENT markalı neftin qiymətlərində artımla yanaşı azalmaların da müşahidə edildiyi halda Azeri Light markalı neftin hər barreli üçün qiymətində gündəlik artım müşahidə edilmiş və bugün ən yüksək həddə- hər barreli üçün 75.18 dollara çatmışdır. 01-16 iyun tarixlərində Azəri light neftinin artım sürəti 0.68% olmuşdur.
WTI və BRENT markalı neftlərin qiymətlərində də bugün artım müşahidə edilir belə ki, onların qiyməti uyğun olaraq 74.65 və 72.71 $/barrelə satılır.