Azeri light markalı neftin qiyməti 79 dollara yaxınlaşır

 Azeri light markalı neftin qiyməti 79 dollara yaxınlaşır

Azəri Light markalı neftin qiyməti  dunya ticarət birjalarında dünənə nisbətən  2% artaraq hər barreli üçün 78.50 ABŞ dollarına təklif edilir.

Digər neft markalarında da dünən ilə müqayisədə artım müşahidə edilib. Belə ki, Brent markalı neftin qiymətində  2.16%,   WTI markalı neftin qiymətində  1.46%, URALS markalı neftin qiymətində isə 2.19%  artım olub.