2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Azerenerji” ASC daha bir məhsuldar ili geridə qoydu
2022-ci ildə “AzərEnerji”nin 9 enerji obyekti tikilərək istismara verilib, 2 enerji obyektinin təməli qoyulub, 6 enerji obyektinin tikinisinə baxış keçirilib.
Belə ki, ötən ilin ilk ayında dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Fevral ayının 11-də prezident İlham Əliyevin iştirakı ilə yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışı olub.
14 fevral tarixində “AzərEnerji” tərəfindən Ağdam rayonunda iki yerdə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi”nin açılışı olub. Elə həmin gün yenidən qurulan 110 kilovoltluq “Ağcabədi” yarımstansiyası da istismara verilib.
2022-ci ilin 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağının təməli qoyulub. Bundan 4 ay sonra ölkə rəhbəri 330 kV-luq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikintinin gedişatı ilə tanış olub.
26 iyun 2022 tarixində 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası yenidən qurulduqdan sonra Kəlbəcər rayonunda ilk istehsal obyekti olaraq istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasından başqa Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı orada 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarında, o cümlədən Laçın rayonunda tikilən “Qorçu” yarımstansiyası və ikidövrəli 110 kV-luq “Kəlbəcər-Laçın” ötürmə xəttinin inşası ilə tanış olub.
Ötən ilin 21 sentyabr tarixində Cənab Prezidentin iştirakı ilə “Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyulub. Qeyd edək ki, istər Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, istərsə də Laçında iki yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda işlər başa çatmaq üzrədir.
2022-ci ilin dekabrında “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncama uyğun olaraq Mingəçevir şəhərində “AzərEnerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. 1280 meqavat gücündə tikiləcək bu generasiya mənbəyi müstəqillik dövründə tikiləcək ən böyük elektrik stansiya olacaqdır.