Tarif Şurası bir sıra kommunal xidmətlər üçün yeni qiymətlər müəyyənləşdirilib
“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 17
Bakı şəhəri, 29 dekabr 2024-cü il
“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
- “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,30 manat təsdiq edilsin.
- Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2011-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarı ləğv edilsin.
- Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov