SOCAR-ın 2024-cü il üzrə gəlirləri 84,7 milyard manat təşkil edib
“AzərEnerji” və “ACWA Power” şirkətləri arasında müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar şurasının sədri Muhammad Abunayanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş olub. Görüş zamanı 240 MVt-lıq “Xızı” Külək Elektrik Stansiyasının icra vəziyyəti barədə müzakirələr aparılıb. Görüşdə habelə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib.