Azərbaycanın Türkiyəyə sərmayəsi 18.3 milyard dollara çatıb

 Azərbaycanın Türkiyəyə sərmayəsi 18.3 milyard dollara çatıb

Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb. Bu barədə Energetika naziri Pərviz Şahbazov bugün  “Turkuvaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “IV Energetika və Təbii Sərvətlər Zirvə Toplantısı” nda çıxışı zamanı bildirib. Nazir,  prezident İlham Əliyevin sözlərini bir daha xatırladaraq bildirib ki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər. Bu isə iki ölkə arasındakı siyasi etibardan, etimaddan və əlbəttə ki, qardaş güvənindən irəli gəlir”, deyə nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Türkiyədəki sərmayəsinin sütununu “STAR” Neft Emalı Zavodu, Petkim və digər layihələr təşkil edir.