2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycanın sənaye sahələrində enerjiyə qənaət potensialı
9 iyul 2021-ci il tarixli enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi Azərbaycanın iri sənaye sahələrində uzun müddət müzakirə mövzusu olan enerji menecment sistemlərinin tətbiqini aktuallaşdırır. Enerji menecment sistemlərinin tətbiqi Azərbaycanın hansı sənaye sahəsinə daha çox bəhrə gətirəcəyini müəyyən etmək məqsədi üçün kiçik bir araşdırma aparmağa ehtiyac yaranmışdır.
Bu məqsəd üçün Azərbaycanın sənaye sahələrində enerji intensivlik göstəriciləri, digər ölkələrin, o cümlədən qabaqcıl Avropa, Amerika və MDB ölkələrində sənaye sahələri üzrə müvafiq göstəricilərə qarşı baxılmışdır. Enerjiyə qənaət potensialını daha dəqiq müəyyən etmək məqsədi üçün əlbəttə oxşar sənaye malları istehsal edən dünya müəssisələrində enerji intensivlik göstəricilərinin müqayisəsini aparmaq daha məqsədəuyğun olardı. Lakin bu götəricilər əlyetərli olmadığı üçün müvafiq sənaye sahələri üzrə enerji intensivlik göstəricilərinə baxılacaqdır.
Sənayenin təsnifatlandırılması üzrə beynəlxalq standarta uyğun olaraq aşağıdakı alt sektorlar üzrə əlavə dəyər və enerji sərfiyyat göstəricilərindən istifadə edilmişdir:
- Kimya və kimya məhsulları [20-21]
- Metallurgiya [ISIC 24]
- Mədənçıxartma [ISIC 05-09]
- Qeyri-metal mineral maddələrin istehsalı [ ISIC 23]
- Kağız -karton istehsalı və poliqrafiya fəaliyyəti [ISIC 17-18]
- Maşın avadanlığı [ISIC 25-28]
- Nəqliyyat avadanlığı [ISIC 29-30]
- Ərzaq və tütün istehsallı [ISIC 10-12]
- Tekstil və dəri [ISIC 13-15]
Yuxarıda qeyd edilmiş alt-sektorlar üzrə əlavə dəyər və enerji sərfi göstəricilərinin əldə olunmasından sonra onlar müqayisə üçün hazır vəziyyətə gətirilmiş və enerji intensivliyinin düsturu nəzərə alınmaqla hesablama aparılmışdır.
Cari araşıdırma məqsədi üçün 2010-cu ildən 2017-ci ilə kimi yuxarıda qeyd edilmiş sənaye sektorlar üzrə Azərbaycanın enerji intensivlik göstəriciləri, dünya ölkələrinin müvafiq göstəriciləri ilə müqayisə edilmişdir.
Azərbaycanda kimya sənayesinin (ISIC 20 və 21) enerji tutumluluq göstəriciləri digər ölkələrin müvafiq göstəricilərinə qarşı müqayisə edilmişdir. Aşağıdakı şəkildən göründüyü kimi Azərbaycanın kimya sənayesində enerjiyə qənaət üçün iri potensial vardır. Enerji menecment sistemlərinin tətbiqi burada iri həcmdə qənaətə gətirib çıxardacaqdır ki, bu da öz növbəsində istehsal olunan malların maya dəyərinin aşağı düşməsinə və onların regional və beynəlxalq bazarlar üçün rəqabətəqabiliyyətliliyini artıracaqdır.
Şəkil 1. Kimya və kimya məhsulları sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Azərbaycanın metallurgiya sənayesi (ISIC 24) üzrə enerji intensivlik göstəriciləri digər dünya ölkələri ilə müqayisə edilmişdir. Aşağıdakı şəkildən də göründüyü kimi Azərbaycanın metallurgiya sənayesi müqayisə olunan digər ölkələrə nəzərən enerji səmərəli sahə kimi baxıla bilər və enerji menecment sisteminin burada tətbiq olunması heç də əhəmiyyətli dərəcədə enerjiyə qənaətə gətirib çıxartmayacaqdır.
Şəkil 2. Metallurgiya sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Azərbaycanın mədən sənayesində (ISIC 05-09) enerji tutumluluğunun digər ölkələr ilə müqayisəsi isə aşağıdakı şəkildə verilmişdir. Azərbaycanın mədən sənayesi üzrə istifadə edilən göstəricilərdə neft və qaz üzrə hasilatı özündə cəmləşdirdiyinə və Azərbaycan iqtisadiyyatına neft və qazın əlavə dəyəri həddindən artıq böyük çəkiyə malik olduğuna görə bu sənaye sahəsi həddən artıq enerji səmərəli görünür. Neft və qaz mədənlərinin əlavə dəyər göstəriciləri bu sektoru hədsiz enerji səmərəli sektor kimi göstərir. Bu baxımdan, Azərbaycanın mədən sənayesi üzrə enerji intensivlk göstəricilərinin iqtisadiyyatında neft və qazın əlavə dəyər payı böyük olan digər ölkələrin müvafiq göstəricilərinə qarşı müqayisəsinin aparılması daha məqsədəuyğun hesab edilir.
Şəkil 3. Mədən sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Enerji tutumluluğuna görə Azərbaycanın maşınqayırma sənayesində vəziyyət digər dünya ölkələrinin müvafiq göstəricilərinə qarşı müqayisə edilmişdir və nəticə aşağıdakı kimidir:
Şəkil 4.Maşınqayırma sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Şəkildən də göründüyü kimi maşınqayırma sektorunda enerji tutumluluq göstəriciləri ABŞ, BK, Fransa kimi inkişaf etmiş ölkələrin göstəricilərinə olduqca yaxındır, lakin burada hələ də qənaət etmək üçün potensial vardır. Enerji menecment sisteminin Azərbaycanın maşınqayırma sektorunda qəbul edilməsi təxminən 30% -a kimi enerjiyə qənaətə səbəb ola biər.
Azərbaycanın qeyri-metal mineral maddələr sektorunda enerji səmərəlilik göstəriciləri aşağıda verilmişdir:
Şəkil 5. Qeyri-metal mineral maddələr sektorunda bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Yuxarıda qeyd edilmiş rəqəmlərdən də göründüyü kimi enerji menecment sisteminin tətbiq olunduğu halda bu sektorda təxminən 30% enerjiyə qənaət potensialı vardır.
Azərbaycanın nəqliyyat avadanlığı sənayesində [ISIC 29-30] enerji tutumluluğu aşağıdakı şəkildə digər ölkələrin müvafiq göstəricilərinə qarşı müqayisəsi verilmişdir:
Şəkil 6: Nəqliyyat avadanlığı sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Göründüyü kimi Azərbaycanın bu sektorunda enerji menecment sisteminin tətbiqi əhəmiyyətli dərəcədə böyük miqdarda enerji sərfinə gətirib çıxardacaqdır və bu da həmin sektorda fəaliyyət göstərən müəsisələrdə istehsal olunan malların yerli və regional bazarlarda rəqabətəqabiliyyətliliyini artıracaqdır.
Kağız –karton və poliqrafiya sənayesində [ISIC 17-18] vəziyyət aşağıda verilmişdir:
Şəkil 7. Kağız-karton və poliqrafiya sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Toxuculuq və dəri sənayesində (ISIC 13-15) enerji tutumluluq göstəriciləri dünya ölkələrinin müvafiq göstəriciləri ilə müqayisə edilmişdir. Aşağıdakı şəkildən də göründüyü kimi, Azərbaycanın toxuculuq və dəri sənayesi heç də enerji səmərli sahə deyildir. Burada təxminən 50-70% enerjiy qənaət etmək üçün imkan vardır və enerji menecment sisteminin burada tətbiqi əhəmiyyətli miqdarda enerji qənaətinə səbəb olacaqdır.
Şəkil 8. Toxuculuq və dəri sənayesində bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Ərzaq və tütün sektorunda (ISIC 10-12) bir vahid əlavə dəyərə düşən enerji tutumluluğunün digər ölkələrin müvafiq göstəricilərinə qarşı müqayisəsi aşağıdakı şəkildə verilmişdir. Buradakı vəziyyət Koreya, Fransa və BK kimi ölkələrin müvafiq göstəricilərinə yaxındır, lakin Yaponiya və Kanadanın enerji tutumluluq göstəricilərindən təxminən 50% geridə qalır. Enerji menecment sisteminin bu sektorda tətbiqi 15-30% enerji səmərəliliyə gətirib çıxardacaqdır.
Şəkil 9. Ərzaq və tütün sektorunda bir vahid əlavə dəyərə düşən enerji tutumluluğu, MeqaCoul/ABŞ dolları PAQ2010, 2010-2017
Yuxarıdakı müqayisələrdə Beynəlxalq Enerji Agentliyinin enerji səmərəlilik üzrə məlumat bazasından əldə edilən enerji intensivlik göstəricilərindən istifadə edilmişdir.