Azərbaycanın Enerji Məlumat Bazası

 Azərbaycanın Enerji Məlumat Bazası

Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi ölkə üzrə müxtəlif məlumatlar bazasını istifadəçiləri üçün açıq saxlayır.  Burada makro iqtisadi, demoqrafik, enerji, əmək, təhsil, sosial və digər sektorlar üzrə məlumat bazası təqdim edilir. Enerji sektoruna aid məlumat bazasına daxil olmaq üçün növbəti keçidə daxil olun https://www.stat.gov.az/source/balance_fuel/.  Məlumat bazasında zaman ardıcıllığı ilə Azərbaycanın enerji balansı, enerji üzrə əmtəə balansları,  iqtisadi fəaliyyət növləri üzrə enerji məhsullarının istehlakı, xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı,  təbii qaz hasilatı, Azərbaycanda olan elektrik stansiyalarının gücü, elektrik enerjisinin istehsalı, stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan istilik effekti yaradan qazlar və digər zəruri məlumatlar təqdim edilir. Burada eləcə də,  “Azərbaycanın Energetikası” adlı azərbaycan və ingilis dillərində illik statistik məcmuə təqdim edilir.