Azərbaycanda elektrik enerjisi istehsalı artıb

 Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin aprel ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2046,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir.

Aprel ayında elektrik enerjisinin idxalı 10,0 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 mln. kVt·st, ixrac isə 11,0 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36,0 mln. kVt·st azalıb.