Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb

 Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb

İyunun 2-dən etibarən Azərbaycanda Aİ-95 markalı benzinin qiymətində dəyişiklik tətbiq edilir.

Oxu.az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Qeyd olur ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub.  Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı qaçılmaz hesab olunub.