Azərbaycan Xalqı Şanlı Zəfər Bayramı qeyd edir

 Azərbaycan Xalqı Şanlı Zəfər Bayramı qeyd edir

Bugün Azərbaycan xalqı Şanlı Zəfər bayramını qeyd edir.  Tam 1 il əvvəl müzəffər Azərbaycan ordusunun Şuşa qalasını fəth etməsi ilə  2-ci Qarabağ savaşının taleyi həll olundu. Şəhidlərin qanı bahasına  hər qarış torpağın mənfur düşməndən azad olundu. İllərin acısını bizə unutduran müzəffər ali baş komandan və Azərbaycan ordusu sayəsində Azərbaycan xalqı bügün təntənəli şəkildə 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edir.

Zəfərin mübarək olsun, Azərbaycan xalqı! Azərbaycan xalqı heç zaman şəhidlərini unutmayacaq! Allah şəhidlərimizə rəhmət elasin! Qazilərimizə can sağlığı versin!