Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edilməsi haqqında

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
N A Z İ R L Ə R K A B İ N E T İ
Q Ə R A R

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin ……….satınalma Müqaviləsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1,
maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271; 2022, № 4, maddələr 402, 403, № 12, maddə 1533; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 285 nömrəli və 3 noyabr tarixli 401 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişik-liklər edilsin:
1.1. 1.1-ci bəndin on yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on səkkizinci – iyirmi ikinci abzaslar əlavə edilsin:
“reaktiv güc əmsalı (tgφ) – reaktiv gücün (və ya enerjinin) aktiv gücə (və ya enerjiyə) nisbəti;
reaktiv gücə məsul abonent – istehsal, dəmir yolu, elektrikləşdirilmiş şəhər nəqliyyatı, kommunal təsərrüfatı və meliorasiya obyektlərinə aid abonent və tələb olunan gücü 150 kVt-dan yuxarı elektrik qurğuları olan digər abonent (məişət abonenti istisna olmaqla); maksimum yük saatları – elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən böyük həcmdə istehlak olunduğu saatlar; minimum yük saatları – elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən az həcmdə istehlak olunduğu saatlar; aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs.”; 1.2. aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin: “1.9. Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonent elektrik şəbəkəsinə qoşulma nöqtəsində reaktiv güc əmsalını bu Qaydaların 10 nömrəli əlavəsində göstərilən maksimum (tgφmax) və minimum (tgφmin) qiymətləri intervalında (tgφmin ≤ tgφ ≤ tgφmax) saxlamağa borcludurlar.”;
1.3. 7.9-cu bəndə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddə-sinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar.”; 1.4. aşağıdakı məzmunda 8.2-1-ci, 8.36 – 8.41-ci bəndlər əlavə edilsin:
“8.2-1. Enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 8.36. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır. 8.37. Hesabat dövründə elektroenergetika sisteminin maksimum yük saatlarına aid reaktiv güc əmsalı (tgφmax) gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin

cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, elektroenergetika sisteminin minimum yük saatlarına aid reaktiv güc əmsalı (tgφmin) gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi aşağıdakı düsturlarla hesablanır:
tgφ max=ΣwiRmaxni=1ΣwiAmaxni=1
tgφ min=ΣwiRminni=1ΣwiAminni=1
burada:
n- hesabat dövrü ərzində günlərin sayı;
Wi Rmax – i günündə maksimum saatlar ərzində sərf edilən reaktiv enerji;
Wi Amax – i günündə maksimum saatlar ərzində sərf edilən aktiv enerji;
Wi Rmin – i günündə minimum saatlar ərzində sərf edilən reaktiv enerji;
Wi Amin – i günündə minimum saatlar ərzində sərf edilən aktiv enerjidir.
Hesablanmış reaktiv güc əmsalının qiyməti yüzdə birə (vergüldən sonra iki rəqəm) kimi yuvarlaqlaşdırılır.
8.38. Reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur.
8.39. Elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.
8.40. Hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

8.41. Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.”; 1.5. Qaydalara 1 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” üzrə:
1.5.1. 5-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Elektroenergetika sisteminin maksimum yük saatlarında istehlak-çının reaktiv güc qurğuları (o cümlədən statik kondensator batareyaları, sinxron mühərriklər) tərəfindən elektrik şəbəkəsinə ötürülən razılaşdırılmış reaktiv güc: ________ kVAr.”;
1.5.2. aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
“12-1. Enerjitəchizatı müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.
Elektroenergetika sisteminin maksimum yük saatları: yay _______ qış_____.
Elektroenergetika sisteminin minimum yük saatları: yay _______ qış_____.”; 1.6. Qaydalara 2 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nə aşağıdakı məzmunda 11-1-ci hissə əlavə edilsin:
“11-1. Enerjitəchizatı müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.
Elektroenergetika sisteminin maksimum yük saatları: yay _______ qış_____.
Elektroenergetika sisteminin minimum yük saatları: yay _______ qış_____.”;

1.7. Qaydalara 3 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nə aşağıdakı məzmunda 11-1-ci hissə əlavə edilsin:
“11-1. Enerjitəchizatı müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.
Elektroenergetika sisteminin maksimum yük saatları: yay _______ qış_____.
Elektroenergetika sisteminin minimum yük saatları: yay _______ qış_____.”;
1.8. Qaydalara 10 nömrəli əlavə – “Reaktiv güc əmsalının maksimum və minimum qiymətləri” əlavə edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 915; 2009, № 12, maddə 1065; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 4, maddə 788, № 5, maddə 955, № 7, maddə 1343) ilə təsdiq edilmiş “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 2.1. “1. Anlayışlar” hissəsinə aşağıdakı məzmunda iyirmi dördün-cü–iyirmi altıncı abzaslar əlavə edilsin:
Reaktiv güc əmsalı (tgφ)
Reaktiv gücün (və ya enerjinin) aktiv gücə (və ya enerjiyə) nisbəti
Maksimum yük saatları
Elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən böyük həcmdə istehlak olunduğu saatlar
Minimum yük saatları
Elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən az həcmdə istehlak olunduğu saatlar 2.2. “7. Elektrik enerjisi haqqının ödənişi” hissəsi üzrə: 2.2.1. adına “haqqının” sözündən sonra “və cərimənin” sözləri əlavə edilsin; 2.2.2. birinci abzas 7.1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 7.2 – 7.5-ci bəndlər əlavə edilsin:

“7.2. Enerji Qəbulu Məntəqələrində Satıcı və Alıcı tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.
7.3. Reaktiv güc əmsalının maksimum və minimum göstəricilərinin hesablanması qaydası “Elektrik enerjisindən istifadə Qaydaları” ilə müəyyən edilir.
7.4. Elektroenergetika sisteminin maksimum və minimum yük saatları bu Müqavilə ilə müəyyən edilir.
Elektroenergetika sisteminin maksimum yük saatları: yay _______ qış _____.
Elektroenergetika sisteminin minimum yük saatları: yay _______ qış _____.
7.5. Elektroenergetika sisteminin maksimum və minimum yük saatları Satıcı ilə Alıcı arasında qarşılıqlı olaraq razılaşdırılmadıqda, hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.”.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 noyabr 2023-cü il
№ 405

https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2005-7501